Şriftin ölçüsü :

Saytın rəngi :

Samir Aslanovdan, Bakı şəhəri Binəqədi rayonu, 25 sentyabr 2023-cü il

Hörmətli cənab Prezident

Sizin rəhbərliyinizlə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində nəzarəti tam bərpa etdi. Bu tədbirlər sayəsində tariximizin qələbə müjdəli daha bir səhifəsi yazıldı.

Ölkəmizin cəmiyyəti haqlı olaraq bu qələbənin sevincini yaşayır. Mən də bu sevincli günlərdə Sizin rəhbərlik qabiliyyətinizdən, qətiyyətinizdən, uzaqgörənliyinizdən, ölkəmizin inkişafı üçün gördüyünüz uğurlu işlərdən heyrətləndiyimi bildirirəm.

Ən böyük arzum Sizi daim sağlam, dünyaya işıq saçan Azərbaycanın rəhbəri görməkdir. Möhtəşəm fəaliyyətinizə görə Sizə və Sizinlə birlikdə çalışan komandanıza minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Aslanov Samir Cavanşir oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər