Səbinə Bədəllidən, Bakı şəhəri Binəqədi rayonu, 25 iyun 2026
Möhtərəm cənab Prezident!
Hal-hazırda ölkəmizin bütün regionlarında sosial sahəyə xüsusi diqqət və qayğı göstərilir, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı və inkişafı istiqamətində mühüm işlər aparılır.
Sizin rəhbərliyiniz altında aparılan sosial islahatların nəticəsində yaradılmış Sosial Xidmətlər Mərkəzində ailəmiz öz sevincini tapmışdır. Övladım bu mərkəzdə aldığı psixoloq, loqoped, aktiv terapiya və digər reabilitasiya xidmətləri nəticəsində gündəlik həyat bacarıqlarını inkişaf etdirmiş, ünsiyyət və sosial adaptasiya sahəsində xeyli irəliləyiş əldə etmişdir. Mərkəzin peşəkar əməkdaşlarının qayğıkeş münasibəti və göstərdikləri diqqət ailəmizə böyük ümid və sevinc bəxş etmişdir.
Cənab Prezident, gələcəyimiz olan övladlarımızın rifahına xidmət edən belə xüsusi təşəbbüslərə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Səbinə Bədəlli
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi









