Şriftin ölçüsü :

Saytın rəngi :

Səftər Hacıyevdən, Bakı şəhəri Binəqədi rayonu, 29 aprel 2026

Salam cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bizi yenidən doğma Qarabağa qovuşdurduğunuza və bu müqəddəs torpaqlarda apardığınız möhtəşəm quruculuq işlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin qətiyyətiniz sayəsində bu gün doğma yurdumuz yenidən canlanır, azad Qarabağımız dirçəlir. Vətənimizin bütövlüyü və çiçəklənməsi naminə gördüyünüz bu tarixi işlər hər birimiz üçün böyük fəxrdir.

Sizə cansağlığı və yeni zəfərlər arzulayıram.

Hörmətlə,

Hacıyev Səftər Heydər oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər