Şəhid ailəsinin üzvündən, Bakı şəhəri Binəqədi rayonu, 19 may 2023-cü il
Möhtərəm cənab Prezident
Bu məktubu Sizə yazan Vətən müharibəsi şəhidinin həyat yoldaşı Bənövşə Əlizadədir.
Sizin şəhid ailələrinə, qazilərə olan xüsusi diqqət və qayğınızı daim hiss edirik.
Bildirmək istəyirəm ki, işlə təmin olunmağım barədə müraciət etmişdim. Göndərildiyim səhiyyə müəssisəsində yüksək səviyyədə qarşılandım. Müraciətimdə qaldırılan məsələ qısa zaman ərzində müsbət həllini tapdı.
Şəhid ailələrinə göstərdiyiniz xüsusi qayğıya görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Əlizadə Bənövşə Zakir qızı, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi
https://president.az/az/articles/view/59816