Şəhid övladından, Bakı şəhəri Binəqədi rayonu, 17 may 2024-cü il
Cənab Ali Baş Komandan, yenilməz Sərkərdə.
Mən bir şəhid oğlu, şuşalı kimi, Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun, ömrünüz uzun, canınız sağlam olsun. Allah Sizi böyüklükdən əskik eləməsin. Dədə-baba torpaqlarımızın azadlığına nail oldunuz, keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırsınız.
Siz bizim üçün, xalqımız üçün çox böyük işlər görürsünüz, şanlı tarix yazırsınız. Hər insana qismət olmur, Zəfər tarixinin canlı şahidi olsun, Sizin kimi Sərkərdə ilə bir dövrdə yaşasın.
Mən Sizinlə fəxr edirəm. Bir vətəndaş, bir döyüşçü kimi hər zaman yanınızdayam.
Hörmətlə,
Şəmsur Məmmədov,
Şuşa şəhərindən keçmiş məcburi köçkün, şəhid övladı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu