Şəhid övladından, Bakı şəhəri Binəqədi rayonu, 23 may 2024-cü il
Hörmətli cənab Prezident!
Mən, Birinci Qarabağ müharibəsi şəhidi, baş leytenant Zülfiyev Hicran Əliş oğlunun övladıyam.
Əsarət altında qalmış torpaqlarımızı qurduğunuz güclü ordu, yürütdüyünüz güclü daxili və xarici siyasət sayəsində azad edərək adınızı məğlubedilməz Sərkərdə kimi tarixə yazdırdınız.
Siz bu həyatda xoşbəxt insansınız, ata vəsiyyətini layiqincə yerinə yetirdiniz. Siz, “Şuşa sən azadsan!” deyərkən bütün azərbaycanlılar sevinc göz yaşına qərq oldular. Arzu edirəm ki, bundan sonra Azərbaycana yalnız belə sevincli günlər qismət olsun.
Hörmətlə,
Zülfibəyli Hicran Hicran oğlu, şəhid övladı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi