Şəlalə Tağıyevadan, Bakı şəhəri Binəqədi rayonu, 27 oktyabr 2023-cü il
Salam, hörmətli Prezidentim
Mənim bir oğlum, bir qızım var. Oğlum 17 yaşındadır, tələbədir. Qızım isə 9 yaşındadır. O, gimnastika ilə məşğuldur. Onun məqsədi yarışlarda qalib olub, Azərbaycan Bayrağını dünya ölkələrində dalğalandırmaqdır. Biz sadə, aztəminatlı ailəyik.
Bu məktubu Sizə təşəkkür etmək üçün yazıram. Ona görə ki, Siz Ulu Öndər Heydər Əliyevə və 2003-cü ilin oktyabrında xalqa verdiyiniz sözləri yerinə yetirdiniz. Siz 21-ci əsrin müasir Sərkərdəsi olaraq, Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etdiniz. Əgər mən və ailə üzvlərim suveren ölkəmizdə azad və təhlükəsiz yaşaya biliriksə, bu Sizin apardığınız məqsədyönlü siyasətin nəticəsidir.
Həmişə var olasınız, bizim Prezidentimiz olasınız!
Hörmətlə,
Sizi daima dəstəkləyən vətəndaşınız,
Tağıyeva Şəlalə.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu