Səmayil Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 02 mart 2024-cü il
Hörmətli cənab Prezident,
Xalqın yekdil dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Xalqımız Sizə səs verməklə öz dövlət başçısına olan inamını bir daha sübut etdi.
Sizin Prezident kimi yorulmaz əməyinizin, müdrik siyasətinizin nəticəsində dövlətimizin təhlükəsizliyi təmin edilmiş, ərazi bütövlüyü bərpa olunmuş və beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir. Bunun təməlində xalq-iqtidar birliyi dayanır. Çünki Azərbaycan xalqı hər bir addımınızda Sizi dəstəkləyir və daim Sizin yanınızdadır.
Möhtərəm cənab Prezident, qələbəniz münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi naminə yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, güc-qüvvət arzulayıram.
Hörmətlə,
Səmayil Aydın oğlu Quliyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu