Sevda Xanməmmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 02 oktyabr 2025-ci il
Möhtərəm cənab Prezident,
Siz Azərbaycanın haqq səsini hər zaman yüksək kürsülərdən uğurla ucaltmısınız. ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası da buna əyani sübutdur. Həmin tədbirdə çıxışınız bir daha sübut etdi ki, dünya miqyaslı Lider kimi Azərbaycanın rifahını, həmçinin bütün dünyanın gələcəyini düşünürsünüz. Siz qlobal sülh çağırışını önə cəkdiniz.
Bu anlarda yenə də azərbaycanlı olmağımla fəxr edirəm, Sizə qəlbən minnətdarlıq hissi duyuram.
Cənab Prezident, Siz öz dərin zəkanızla, davranışınızla, nüfüzunuzla seçilirsiniz. Elə buna görə də xalqımızla yanaşı, bir çox ölkələrin rəhbərləri tərəfindən Sizə rəğbət və hörmət göstərilir.
Hörmətiniz daha da artıq, uğurlarınız daha da bol olsun.
Böyük ehtiramla,
Sevda Xanməmmədova,
sahibkar
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu









