Şriftin ölçüsü :

Saytın rəngi :

Sevinc Abbasovadan, Bakı, Azərbaycan, 19 oktyabr 2021-ci il

Möhtərəm cənab Prezident.

Otuz illik yurd həsrətimizə son qoyan 44 günlük Vətən müharibəsində Zəfər sevincini bizə yaşatdığınıza görə Sizə nə qədər minnətdarlıq etsək, yenə də azdır. Siz xalqın xilaskarı, torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandanımızsınız. Sizinlə fəxr edirik. Noyabrın 8-də qeyd edəcəyəmiz Zəfər Gününün bizim üçün tarixi əhəmiyyəti çox böyükdür. Çünki Zəfər Günü bizə Xarıbülbülün yenidən Vətənində çiçək açmasını, dünyaya səs salan Qarabağ atlarının Cıdır düzündə yenidən cıdıra çıxmasını görməyimizə, Qarabağ şikəstəsini yenidən Qarabağda eşitməyimizə imkan yaradan bir gündür.

Cənab Prezident, bu günlərdə bizə növbəti dəfə sevincli anlar yaşatdınız. Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə Mehriban xanımla birlikdə rayonumuza səfəriniz bizi daha da ruhlandırdı və fərəhləndirdi. İctimaiyyətin nümayəndələri ilə görüşdəki çıxışınızı dinlədikcə, Sizin nə qədər müdrik, uzaqgörən, cəsarətli bir lider olduğunuza bir daha əmin olduq. İnanırıq ki, Sizin bilavasitə nəzarətinizlə həyata keçirilən bərpa, yenidənqurma işləri tezliklə başa çatacaq və biz doğma yurdumuza qayıdacağıq. Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Allah Sizi həmişə var eləsin.

Hörmətlə,

Abbasova Sevinc Valeh qızı

Füzuli rayon 48 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Keçidlər