Şriftin ölçüsü :

Saytın rəngi :

Sevinc Cabbarovadan, Bakı şəhəri Binəqədi rayonu, 24 sentyabr 2022-ci il

Möhtərəm cənab Prezident.

Sizin düşünülmüş, uzaqgörən siyasətiniz sayəsində xalqımızın 30 illik Qarabağ həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Ali Baş Komandanlığınızla müharibədə şanlı Zəfər qazandıq, xalq-ordu-lider birliyi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı. Artıq azad edilmiş torpaqlarımız yad nəfəsindən üşümür. Azərbaycan əsgərinin qədəmi dəyən hər yer isinir, gözəlləşir, cənnətə çevrilir. Bu torpaqlarda həyata keçirilən bərpa, quruculuq işləri, infrastruktur layihələri bütün xalqımızı, xüsusilə də keçmiş məcburi köçkünləri çox sevindirir.

Cənab Prezident, Sizin Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamağınız biz laçınlılara diqqət və qayğının daha bir nümunəsidir. Laçın rayonunun təhsil işçiləri, o cümlədən 2 nömrəli məktəbin müəllim və şagird kollektivi adından Sizə sonsuz təşəkkürümüzü bildiririk. Çox sevinirik ki, doğma Laçınımızda gənc nəslə Müzəffər Ali Baş Komandanımızın və şanlı ordumuzun Zəfər salnaməsi öyrədiləcək.

Əziz Prezidentimiz, “Dəmir yumruq” ətrafında hər zaman sıx birləşmişik.

Hörmətlə,

Laçın rayonunun təhsil işçiləri adından

Cabbarova Sevinc Kamal qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər