Şriftin ölçüsü :

Saytın rəngi :

Sevinc İbrahimovadan, Bakı şəhəri Binəqədi rayonu, 23 fevral 2024-cü il

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində tarixi qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz xalqa verdiyiniz bütün vədləri yerinə yetirmiş, ölkəmizin inkişafı, beynəlxalq miqyasda nüfuzunun artması üçün qətiyyətli addımlar atmısınız.
Biz xoşbəxt xalqıq ki, Sizin kimi böyük şəxsiyyət ölkəmizə rəhbərlik edir.
Siz gördüyünüz işlərlə öz adınızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazmısınız. Hər bir vətənpərvər azərbaycanlı bu gün haqlı olaraq öz güclü, qüdrəti ölkəsi, cəsarətli, əzmkar Lideri ilə fəxr edir. Məhz Sizin müdrik siyasətiniz nəticəsində bu gün hər birimiz başıuca, alnıaçıq gəzirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə hələ çox nailiyyətlər qazanacağıq. Qarşıya qoyduğunuz hədəflər sayəsində Azərbaycan daha da qüdrətlənəcək, xalqımızın rifahı daha da yüksələcəkdir.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, gələcək fəaliyyətinizdə bol nailiyyətlər arzulayıram.

Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun!

Hörmətlə,

Sevinc İlham qızı İbrahimova

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər