Şriftin ölçüsü :

Saytın rəngi :

Şirzad Budaqov və başqalarından, Bakı, Azərbaycan, 04 iyun 2022-ci il

Hörmətli cənab Prezident.

Otuz ildir həsrətlə gözlədiyimiz torpaqlarımız Sizin iradəniz və qətiyyətli siyasətiniz nəticəsində işğaldan azad olunub. Bütün Azərbaycan xalqı Sizə minnətdardır.

Torpaqlarımızın azad olunmasından sonra orada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri qəlbimizi fərəhləndirir. Bununla bərabər ölkəmizin hər yerində abadlıq-quruculuq işləri sürətlə davam etdirilməkdədir. Görülən işlər çərçivəsində Sizin şəhid və qazı ailələrinə göstərdiyiniz diqqət və qayğının nəticəsi olaraq, Binəqədi rayonunun 28 May qəsəbəsində bir çox mühüm küçələr, o cümlədən şəhid ailələrinin və qazilərimizin yaşadığı küçələr asfaltlanaraq biz sakinlərin istifadəsinə verilib.

Göstərilən bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Budaqov Şirzad Həsən oğlu,

Kəlbəliyeva Rəsmiyyə Məlik qızı,

Beybudov Eldəniz Əliqardaş oğlu,

Qaçayev Fərman Rüstəm oğlu,

Fərhadzadə Tural Xaləddin oğlu və başqaları (55 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi.

Keçidlər