Şriftin ölçüsü :

Saytın rəngi :

Təbriz Süleymanlıdan, Bakı şəhəri Binəqədi rayonu, 21 sentyabr 2022-ci il

Möhtərəm cənab Prezident.

Sizi qəsəbəmizin sakinləri adından salamlayır, Sizə - Müzəffər Ali Baş Komandana uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Sizin işğaldan azad edilmiş ərazilərə səfərləriniz, orada sosial-iqtisadi obyektlərin açılışlarında iştirak etməyiniz, quruculuq işlərinin gedişatı ilə maraqlanmağınız və lazımi tapşırıqlar verməyiniz bizi qürurlandırır. Görürük ki, həmişə olduğu kimi, Prezident öz xalqının yanındadır. İşğaldan azad olunmuş ərazilərdə Sizin rəhbərliyinizlə qısa vaxt ərzində böyük işlər görülüb. İnanırıq ki, Qarabağ, Şərqi Zəngəzur tezliklə öz doğma sakinlərinin daimi yaşayış yerinə çevrilməklə yanaşı, regionun ən gözəl turizm mərkəzlərindən olacaq.

Cənab Prezident, bir azərbaycanlı gənc olaraq, Sizi dəstəkləyir, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımı bildirirəm.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Süleymanlı Təbriz

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi

Keçidlər