Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.9-cu yarmbəndinə əsasən
Qeyd: Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.
Xidmət üzrə tələb olunan sənədlər:
- Ərizə (qeydiyyatsız yaşayan vətəndaşlar üçün);
- Şəxsiyyəti təsdiq edən sənəd (şəxsən və ya nümayəndə vasitəsi ilə).
Məzmun: Xidmət istifadəçisi qeydiyyatda olduğu ərazidə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (yaşayış binalarının sakinləri Mənzil İstismar Sahəsinə) şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək şəxsən və ya nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədlər də təqdim edilməklə xidmət istifadəçisinin nümayəndəsi müraciət edir.
Qeyd: vətəndaş qeydiyyatsız yaşadığı ünvana dair arayış alarkən, yaşadığı ünvanda qeydiyyatda olan şəxsin razılıq ərizəsi əsasında, yaxud özünün istifadəsində olan fərdi yaşayış evində qeydiyyatsız yaşadığı barədə nümayəndəlik tərəfindən müvafiq akt tərtib olunduqdan sonra arayışın verilməsi məqsədəmüvafiqdir.
Ətraflı: http://binegedi-ih.gov.az/az/xidmetler.html
https://www.dxr.az/xidmet/24484
http://binegedi-ih.gov.az/az/muraciet-formalari.html
https://rih.gov.az/services/detailed/9
ƏRİZƏ NÜMUNƏLƏRİ:
Binəqədi RİH başçısının _________ SİƏD (QİƏD) üzrə nümayəndəsi ________________________________ (adı, soyadı) Qəsəbənin _____________ küçəsi _____ saylı ünvanda yaşayan vətəndaş _____________________________ (adı, soyadı, ata adı) tərəfindən Ə R İ Z Ə
Sizdən xahiş edirəm ki, mənə qeyd etdiyim ünvanda qeydiyyatsiz yaşadığıma dair “_________________________” təqdim etmək üçün arayış verilməsinə göstəriş verəsiniz.
İmza: Tarix: Tel: mobil; ev |
Binəqədi RİH başçısının _________ SİƏD (QİƏD) üzrə nümayəndəsi ________________________ (adı, soyadı) Qəsəbənin _____________ küçəsi _______saylı ünvanda yaşayan vətəndaş ______________________________ (adı, soyadı, ata adı) tərəfindən Ə R İ Z Ə
Sizə bildirirəm ki, pasport qeydiyyatında olduğum Binəqədi rayonu ____________ qəsəbəsi (mikrorayon) _________küçəsi, ev _____ ünvanında _________________________________ (adı, soyadı, ata adı) qeydiyyatsız yaşadığına dair arayış verilməsinə etiraz etmirəm. İmza: Tarix: Tel: mobil; ev |