Şriftin ölçüsü :

Saytın rəngi :

Vüqar Mikayılovdan, Bakı şəhəri Binəqədi rayonu, 23 dekabr 2025-ci il

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl dövlət siyasəti sosial ədalətin möhkəmlənməsi, vətəndaş rifahının yüksəldilməsi və humanist prinsiplərin qorunması istiqamətində mühüm rol oynayır. Xüsusilə amnistiya aktları və aztəminatlı ailələrə birdəfəlik sosial dəstək humanizm və ədalət prinsiplərinin bariz təzahürüdür. Bu istiqamətdə son günlərdə imzaladığınız sərəncamlar ölkə cəmiyyətində sevinclə qarşılanmışdır.

Əziz Prezidentimiz, bir vətəndaş olaraq, məmnunluğumu ifadə etməklə yanaşı, doğum gününüz münasibətilə ailəmizin adından Sizə dərin ehtiram və səmimi təbriklərimizi çatdırıram. Sizə möhkəm cansağlıqı arzu edirəm.

Hörmətlə,

Vüqar Mikayılov

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər