Şriftin ölçüsü :

Saytın rəngi :

Xaliq İbrahimovdan, Bakı şəhəri Binəqədi rayonu, 22 noyabr 2023-cü il

Xalqın qəlbindəki uca rütbəli Qəhrəmanı, millətin Müzəffər Ali Baş Komandanı

Siz Ulu Öndərimiz Heydər Əliyev məktəbinin qalib nümayəndəsi, dünyanın siyasi arenasının mötəbər, dəyərli və önəmli üzvlərindən birisiniz.

Sizi bütöv Azərbaycan yaratmağınız münasibətilə təbrik edirəm. Sizə və ailənizə sağlamlıq, Azərbaycanımızın inkişafında uğurlar arzulayıram.

Möhtərəm Prezidentimiz, ölkəmiz üçün gördüyünüz misilsiz və bənzərsiz işlərə görə Sizə keçmiş Ağdərə rayonunun Narınclar kəndinin sakinləri adından təşəkkür edirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

İbrahimov Xaliq, özəl sektorun işçisi

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər