Şriftin ölçüsü :

Saytın rəngi :

XOCAVƏND

Xocavənd rayonu Şuşa rayonu ilə sərhəddə yerləşir. 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində adı çəkilən rayon 1991-ci ildə yaradılmışdır. Ölkənin dünya əhəmiyyətli arxeoloji abidələrindən olan Azıx və Tağlar mağaraları burada yerləşir.
1992-ci il oktyabrın 2-də Xocavənd rayonu Ermənistan tərəfindən işğal edilmişdir. İşğal müddətində ermənilər bölgənin alban, xristian abidələrinin etnik mənsubiyyətini dəyişdirməyə, onları erməniləşdirməyə cəhd etmişlər.
2020-ci il noyabrın 10-a qədər Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi, 2023-cü il sentyabrın 19-20-də aparılan birgünlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə rayon şəhər mərkəzi də daxil olmaqla tam şəkildə işğaldan azad edilmişdir. Məhz bu gün – 20 sentyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xocavənd şəhəri günü kimi qeyd edilir.
2025-ci il sentyabrın 11-dən etibarən Xocavənd rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində rayonun Hadrut qəsəbəsində “Hadrut” Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərdə dini-tarixi abidələrin əvvəlki görkəminə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir. Bu işlərin nəticəsində bölgənin dini irsi dirçəldilir, ibadət yerləri yenidən xalqın istifadəsinə verilir və milli-mənəvi dəyərlər bərpa olunur. Bu istiqamətdə görülən işlərin bariz nümunələrindən biri də dövlət başçısı tərəfindən açılışı edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş yeni məsciddir.
Keçidlər