"Xocəsən" metro stansiyası
“Xocəsən” stansiyası Bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir. Stansiya Lökbatan qəsəbəsi və “Sədərək” Ticarət Mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin aradan qaldırılmasında mühüm rol oynayır. Bu stansiyada Almaniyanın “ThyssenKrupp Fahrtreppen” şirkətinin istehsalı olan iki eskalator quraşdırılıb. “Xocəsən” stansiyası xəttin başlanğıcında yerləşir və qatarların sərnişinlərin tələbatına uyğun intensiv hərəkətinin təmin edilməsinə şərait yaradır.
23 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Metropoliteninin “Xocəsən” stansiyasının açılışında iştirak etmişdir.