Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsi;
Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.
Xidmət üzrə tələb olunan sənədlər:
- Forma 2;
- Mənzil növbəsinə dayanan və ailə tərkibində olan şəxslərin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiqlənmiş surətləri;
- Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri üzrə İdarəsindən 18 yaşından yuxarı olan ailə üzvlərinin adına şəxsi mülkiyyətin olub-olmaması barədə arayışlar;
- Rayon üzrə fəaliyyət göstərən bələdiyyədən mənzil növbəsinə dayanmaq istəyən şəxsin və ailə üzvlərinin adına torpağın ayrılıb-ayrılmaması barədə arayışlar;
- Pasport qeydiyyatında olduğu mənzilin sənədi;
- Hər hansı bir güzəşt varsa bu barədə müvafiq arayış.
Ərizə nümunəsi:
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə
___________________________________________
(vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)
yaşayan ____________________________________
(soyadı, adı, atasının adı)
tərəfindən
tel.: __________________
Ə R İ Z Ə
Yazıb Sizdən xahiş edirəm ki, mənim ailə tərkibi _____ nəfərlə ____________________________ yaşayış yeri üzrə ümumi (və ya güzəştli əsaslarla) əsaslarla Rayon İcra Hakimiyyətində mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağıma dair müvafiq qərar qəbul edəsiniz.
İmza:
Tarix: