Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsi;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”.

Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.

 

Xidmət üzrə tələb olunan sənədlər:

  1. Ərizə;
  2. Ölüm haqqında şəhadətnamə;
  3. Təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyət vəsiqəsi;
  4. 2N-li forma arayışı;
  5. Qohumluq əlaqəsini təsdiq edən sənəd;
  6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (öz ailə üzvlərinin hər birinin adına);
  7. Yerli Bələdiyyədən arayış (adlarına torpaq sahəsi olub-olmaması barədə-18 yaşından yuxarı öz ailə üzvlərinin hər biri).

 

Ərizə nümunəsi:

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə

___________________________________________

             (vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)

yaşayan ____________________________________

(soyadı, adı, atasının adı)

tərəfindən

tel.: __________________

 

 Ə R İ Z Ə

 

Yazıb Sizdən xahiş edirəm ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının _____ №li, “____”_________________ci il tarixli Sərəncamı ilə Rayon İcra Hakimiyyətində mənzil sahəsinə ehtiyacı olan qismində güzəştli əsaslarla uçotda olan mərhum _______________________________________ adına olan sərəncamın mənim adıma dəyişdirilməsi

            (soyadı, adı, atasının adı)

barədə qərar qəbul edəsiniz.

 

İmza:

Tarix:

 

Ətraflı: http://binegedi-ih.gov.az/az/xidmetler.html

https://dxr.az/xidmet/24676

https://rih.gov.az/services

https://rih.gov.az/services/detailed/5

Keçidlər