Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci maddəsi;
Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.
Xidmət üzrə tələb olunan sənədlər:
- Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir)
- Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu)
- Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı
- Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər
Ərizə nümunəsi:
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə
___________________________________________
(vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)
yaşayan ____________________________________
(soyadı, adı, atasının adı)
tərəfindən
tel.: __________________
Ə R İ Z Ə
Yazıb Sizdən xahiş edirəm ki, mənə məxsus _____________________________________________
(obyektin hüquqi ünvanı)
ünvanda yerləşən ümumi sahəsi _______ kv.metr olan mənzilimin (qeyri-yaşayış sahəsinin)
_______________________________________________________ qeyri-yaşayış sahəsinə (yaşayış
(keçirilmənin məqsədləri)
sahəsinə) keçirilməsinə dair müvafiq qərar qəbul edəsiniz.
İmza:
Tarix: