Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması (mənzil)
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin IV Fəsli (maddə 23-28);
Müraciət edən baxılmanın nəticəsinə dair cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.
Xidmət üzrə tələb olunan sənədlər:
- Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə;
- Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu;
- Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Mənzil Məcəlləsinin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə);
- Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri);
- Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi.
Ərizə nümunəsi:
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə
___________________________________________
(vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)
yaşayan ____________________________________
(soyadı, adı, atasının adı)
tərəfindən
tel.: __________________
Ə R İ Z Ə
Sizdən xahiş edirəm, ______________________________________ ünvanda mülkiyyətimdə olan _______ saylı mənzildə təqdim edilən layihə əsasında yenidənqurma işlərinin aparılmasına icazə verəsiniz.
İmza:
Tarix:
Ətraflı:
http://binegedi-ih.gov.az/az/xidmetler.html