Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi
"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası".
Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.
Xidmət üzrə tələb olunan sənədlər:
- Ərizə;
- Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
- Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
- Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
- Daşınmaz əmlakın icarədə olmasını təsdiq edən sənəd;
- Daşınmaz əmlakın istifadədə olmasını təsdiq edən sənəd;
- Yaşıllığın götürülməsinin əsaslandırılması.
Ərizə nümunəsi:
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə
___________________________________________
(vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)
yaşayan ____________________________________
(soyadı, adı, atasının adı)
tərəfindən
tel.: __________________
Ə R İ Z Ə
Yazıb Sizdən xahiş edirəm ki, mənə aid olan _________________________ ünvandakı ərazidə olan ____ ədəd ağacın (kolun) _________________ səbəbdən götürülməsi ilə bağlı müvafiq qərar qəbul edəsiniz.
İmza:
Tarix: