Yeganə Kərimovadan, Bakı şəhəri Binəqədi rayonu, 15 dekabr 2023-cü il
Hörmətli cənab Prezident
Erməni əsirliyində olan iki hərbçimizin qarşılıqlı razılaşma əsasında azad edilməsi və onların ailələrinə qovuşması təkcə iki ailəni deyil, minlərlə Azərbaycan ailəsini, bütövlükdə xalqımızı sevindirdi.
İki hərbçimizin əvəzində 32 erməni hərbçisinin qarşı tərəfə verilməsi ölkəmizin humanistliyini, sülhsevər ölkə olduğunu və xoş məramını bir daha göstərir. Həmçinin onu nümayiş etdirir ki, əsl qonşu belə olar: münaqişə yaradan yox, sülhsevər və humanist.
Tanrı Sizi və Azərbaycanı qorusun, cənab Prezident!
Hörmətlə,
Kərimova Yeganə
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu