Şriftin ölçüsü :

Saytın rəngi :

Yeganə Ramazanovadan, Bakı şəhəri Binəqədi rayonu, 26 sentyabr 2023-cü il

Əziz Prezident!

Siz tarixdə əbədi iz qoymuş lidersiniz. Siz həqiqətən Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş bir qəhrəmanlıq səhifəsi yazmısınız. Torpaqlarımızı işğaldan azad etməklə 30 illik Qarabağ həsrətimizə son qoydunuz, bizə qalib ölkənin qalib vətəndaşı olmaq sevincini yaşatdınız. Bu gün biz öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalqıq. Siz, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirməklə onun ruhunu şad etdiniz. Bir neçə gün əvvəl Qarabağ bölgəsində böyük uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Sizinlə - Müzəffər Ali Baş Komandanımızla, Ordumuzla bir daha fəxr etdik.
Cənab Prezident, biz fəxr edirik ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşlarıyıq.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Ali Baş Komandanımız!

Hörmətlə,

Ramazanova Yeganə

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər