Şriftin ölçüsü :

Saytın rəngi :

Zeynəb Əhmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 23 fevral 2024-cü il

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyinizlə son 20 ildən artıq müddətdə qazanılan böyük uğurlar Azərbaycan xalqının alternativsiz və prinsipial seçimini təmin etmişdir. Bu illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, vətəndaşların mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi Sizin dərin bilik və bacarıqlara, zəngin təcrübəyə, çevik idarəçilik məharətinə malik lider olduğunuzu nümayiş etdirmişdir. Bu nailiyyətləri görən Azərbaycan xalqı haqlı olaraq müdrik siyasətinizin davamlı olması üçün fevralın 7-də keçirilən prezident seçkilərində yenidən Sizə səs verdi. Sizin sayənizdə bu gün müasir müstəqil Azərbaycan özünün ən gözəl dövranını yaşayır. İnanırıq ki, qarşıda bizi daha gözəl, daha xoşbəxt günlər gözləyir.

Cənab Prezident, Sizi yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Vətən, xalq qarşısındakı əvəzsiz xidmətləriniz heç zaman unudulmayacaq.

Azərbaycan xalqının Sizə olan ehtiramı və məhəbbəti sonsuzdur.

Hörmətlə,

Zeynəb Kamil qızı Əhmədova

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər