Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılır

13 avqust 2024 | 10:28

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda həyata keçirilən təmir işləri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik hissəsində təmir işləri aparılır.

Sözügedən hissədə asfalt-beton örtükdə yaranan çat və qabarmalar rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda ərazidə icra olunan işlər bu problemi aradan qaldıracaq.

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda həmin hissədə yeni asfalt örtüyünün döşənməsi işləri icra olunur.

Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.

 

http://www.aayda.gov.az/az/news/6280/baki-samaxi-yevlax-avtomobil-yolunda-temir-isleri-aparilir

Keçidlər