Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20-23-cü km-lik hissəsində təmir işləri aparılır
07 oktyabr 2024 | 10:16
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda aparılan təmir işləri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20-23-cü km-lik hissəsində təmir işləri davam etdirilir. Yolun qeyd olunan hissəsində frezlənmə işləri icra olunub. Hazırda ərazidə asfaltlanma işləri davam etdirilir.









