Biləcəri qəsəbəsi, Qaçaq Nəbi küçəsində asfalt örtüyünün çəkilməsi işləri tamamlandı
24 sentyabr 2026 | 11:47
Binəqədi rayonunda mərhələli şəkildə abadlıq-quruculuq işləri davam etdirilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Biləcəri qəsəbəsi, Qaçaq Nəbi küçəsində 300 metr uzunluğunda, 10 metr enində və 3000 kvadrat metr sahədə asfalt örtüyünün çəkilməsi işləri tamamlanmışdır.
Abadlıq-quruculuq işləri çərçivəsində rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri mərhələli şəkildə davam etdiriləcəkdir.









