Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində asfalt örtüyünün çəkilməsi işləri tamamlandı
24 sentyabr 2026 | 14:19
Binəqədi rayonunda mərhələli şəkildə abadlıq-quruculuq işləri davam etdirilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində 1 km uzunluğunda, 11 metr enində və 11000 kvadrat metr sahədə asfalt örtüyünün çəkilməsi işləri tamamlanmışdır.
Abadlıq-quruculuq işləri çərçivəsində rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri mərhələli şəkildə davam etdiriləcəkdir.









