Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi qəsəbəsində RİH başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə keçirdiyi səyyar görüşdə qaldırılan məsələlər çərçivəsində asfaltlama işləri həyata keçirilir.

04 avqust 2022 | 12:46

Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla səyyar görüşləri zamanı qeyd olunan problemlərin operativ həlli istiqamətində işlər davam etdirilir.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası 29 yanvar 2019-cu il tarixli 500 saylı Fərmanının icrası ilə əlaqədar rayon ərazisində təmirə ehtiyacı olan yolların siyahısı tərtib edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilmişdir. Agentlik tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, işlər mərhələli şəkildə həyata keçirilir. Cari ildə Binəqədi rayonu Binəqədi qəsəbəsi üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, artıq qəsəbənin ümumi uzunluğu 2.4 km olan, Vətən Müharibəsi şəhidləri Əhmədov Tacir Mehdi oğlunun,  Ağayev Zamin Zülfüqar oğlunun, Məmmədov Vüsal Aftandil oğlunun və Cabbarov Orxan Rövşən oğlunun ailələrinin yaşadığı dörd küçəndə təmir işlərinə start verilib. Təmir edilən küçələr:

- Əliheydər Qarayev,
- Ağamirək İsfahani,
- Mikayıl Ələkbərov,
- Cəfər Cabbarlı küçələridir.

Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Təmir işləri çərçivəsində:
- yararsız qrunt qazılaraq çıxarılır,
- yeni yol əsasının və küçənin profilə salınması işləri görülür.

Daha sonra isə küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Ətraflı:

https://www.youtube.com/watch?v=uml4O0bM7ZE

Keçidlər