Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində abadlıq işləri davam etdirilir
07 fevral 2025 | 08:58
Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində görülən işlər çərçivəsində ərazi üzrə gündəlik olaraq profilaktik-təmizlik işləri həyata keçirilmiş, asfalt örtüyü bərpa edilmiş, obyektlərin fasadları yuyulmuş və yenilənmiş, həmçinin, ağacların dibi, yol kənarları quru otlardan təmizlənmiş, ağacların quru budaqları budanmış, ağaclara və yaşıllıqlara qulluq göstərilmişdir.