Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zəngəzur küçəsində asfaltlama işləri həyata keçirilmişdir.

02 avqust 2022 | 18:13

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müxtəlif ərazilərdə keçirdiyi səyyar görüşlər zamanı sakinlər təfrəfindən qaldırılmış problemlərin həlli hər zaman diqqət mərkəzində saxlanılır. Belə görüşlər çərçivəsində M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri tərəfindən onları narahat edən əsas məsələlərdən biri olaraq RİH başçısına qəsəbənin müxtıəlif küçələrində asfalt örtüyün çəkilməsi ilə bağlı müraciətlər ünvanlanmışdır. Bununla bağlı, rayon ərazisində təmirə ehtiyacı olan yolların siyahısı tutularaq RİH tərəfindən müxtəılif vaxtlarda aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciətlər ünvanlandığı, tərtib edilmiş tədbirlər planlarına uyğun olaraq, Agentlik tərəfindən 2022-2026-cı illər ərzində rayonun müxtəlif ərazilərində cari asfaltlama və yeni asfalt örtüyün salınması işlərinin nəzərdə tutulduğu bildirilmişdir. 

Hazırda, M.Ə.Rəsulzadə qəsəbəsi 6000 nəfər sakinin məskunlaşdığı Zəngəzur küçəsində 450 m məsafədə yeni asfalt örtük çəkilmiş, tədbirlər planına uyğun olaraq qəsəbənin digər ərzailərində də asfaltlama işləri mərhələli şəkildə həyata keçiriləcəkdir.

Keçidlər