Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Xocəsən qəsəbəsinin Kərkük küçəsində asfalt örtüyün vurulması işləri həyata keçirilmişdir

21 sentyabr 2022 | 19:53

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müxtəlif ərazilərdə keçirdiyi səyyar görüşlər zamanı sakinlər təfrəfindən qaldırılmış problemlərin həlli hər zaman diqqət mərkəzində saxlanılır. Belə görüşlər çərçivəsində Xocəsən qəsəbəsinin sakinləri tərəfindən onları narahat edən əsas məsələlərdən biri olaraq RİH başçısına qəsəbənin müxtıəlif küçələrində asfalt örtüyün çəkilməsi ilə bağlı müraciətlər ünvanlanmışdır. Bununla bağlı, rayon ərazisində təmirə ehtiyacı olan yolların siyahısı tutularaq RİH tərəfindən müxtəılif vaxtlarda aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciətlər ünvanlandığı, tərtib edilmiş tədbirlər planlarına uyğun olaraq, Agentlik tərəfindən 2022-2026-cı illər ərzində rayonun müxtəlif ərazilərində cari asfaltlama və yeni asfalt örtüyün salınması işlərinin nəzərdə tutulduğu bildirilmişdir. 

Hazırda, proqram çərçivəsində qəsəbənin Kərkük küçəsinə 400 metr asfalt örtüyü vurulması işləri həyata keçirilmişdir. 

Keçidlər