Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yaşıllıqların mühafizəsi istiqamətində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən parkda ağacəkmə həyata keçirildi.

02 avqust 2022 | 17:53

Binəqədi rayonunda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların mühafizəsi daim diqqətdə saxlanılır. Bu istiqamətdə mövcud  yaşıllıq ərazilərinin suvarılması, qurumuş ağacların budanması və yeni yaşıllıq ərazilərin salınması işləri mütəmadi həyata keçirilir.

Görülən işlər çərçivəsində növbəti dəfə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binəqədi Rayon Yaşıllıq sahəsi tərəfindən rayonun M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti-209 ünvanında yerləşən F.Hümbətov adına parkın ərazisində 15 ədəd sərv ağacı əkildi.

Keçidlər