Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonları ərazisində təmir-bərpa işləri həyata keçirildi
15 avqust 2025 | 16:09
Rayonun müxtəlif ərazilərində abadlıq-quruculuq, təmizlik işlərinin mütəmadi şəkildə həyata keçirilməsi təmin olunur.
Görülmüş işlər çərçivəsində Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonları ərazisində aparılmış qazıntı işlərindən sonra dağıdılmış asfalt örtüklər, yol kənarında sıradan çıxmış işıq dirəyi bərpa edildi.
Sakinlərin narahatlığına səbəb olan problemlərin həlli Binəqədi RİH tərəfindən nəzarətdə saxlanılır.









