Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun Biləcəri qəsəbəsində Milli Qəhrəmanlar parkında ərazisində iməclik işləri həyata keçirildi.

02 avqust 2022 | 16:59

Binəqədi rayonu ərazisində davamlı şəkildə aparılan abadlıq, təmizlik, yaşıllıq sahələrinin suvarılması və s. tədbirlər çərçivəsində növbəti dəfə Biləcəri qəsəbəsi ərazisində iməclik işləri həyata keçirildi.

Binəqədi RİH başçısının Biləcəri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Biləcəri Bələdiyyəsi və Rayon Mənzil-kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən qəsəbə ərazisində yerləşən Milli Qəhrəmanlar parkında və xiyabana gedən yolun ətrafında iməcilik çərçivəsində təmizlik işləri aparıldı. Əraziyə çəkilmiş hasarın, səkilərin ətrafındakı alaq otları vurularaq təmizlənmiş, əkilmiş şam agaclarinin dibləri yumşaldılmış və selitra kübrəsi səpilmişir. Həmçinin, parkda Milli Qəhrəmanlarımızın büstləri xüsusi məhlullarla yuyulub təmizlənmiş və səkilərin ətrafındakı alaq otları vurulub park səliqə-səhmana salınmış, abidə və büstlər yuyularaq təmizlənmişdir.

Bundan başqa, sözügedən parkda və qəsəbədə qanunla nəzərdə tutulmuş digər yerlərdə asılmiş 24 ədəd köhnəlmiş milli bayragımız növbəti dəfə yenisi ilə əvəzlənmişdir (bayraqlar ay ərzində azı iki dəfə yenilənir).

Keçidlər