Binəqədi RİH-in başçısı Elxan Allahverdiyevin 19 sentyabr 2025-ci il tarixində Biləcəri qəsəbəsində keçirilən səyyar görüş zamanı qaldırılan məsələlərin icrası istiqamətində görülən işlər
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 19 sentyabr 2025-ci il tarixində Biləcəri qəsəbəsində keçirilən vətəndaşlarla səyyar görüşü zamanı Atilla küçəsində sakinlər tərəfindən özbaşına quraşdırılmış surətməhdudlaşdırıcı maneələrin sökülməsi barədə müraciət icra edilmişdir.
Vətəndaşlarla maarifləndirici söhbət aparılmış, quraşdırılmış dörd maneənin üçü (1 ədəd kəndir, 2 ədəd asfalt) sökülmüşdür. Qeyd olunan küçəyə asfalt örtüyü çəkiləndən bir neçə il sonra quraşdırılmış asfalt maneələrin söküntüsü zamanı asfalt örtüyün zədələnməməsi nəzarətdə saxlanmışdır.
BUndan başqa, qəsəbənin İpəkyolu küçəsində məişət tullantı konteyner meydançasının ətrafının tikilməsi və qabaritlərin yığışdırılması ilə bağlı edilən müraciətə əsasən meydançanın tikilməsinə hazırlıqları görülmüş, ətrafında MKTB nin dəstəyi ilə qabaritlər yığışdırılmışdır.
Eyni zamanda, Həkəri və Atilla küçələrində qabaritlər yığışdırılmışdır.









