"Bir damcı su evinizə necə gəlib çatır?" layihəsinə dəstək məqsədi ilə Binəqədi rayonunda aparılan təbliğat işləri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Bir damcı dəstək" adlı layihə istifadə etdiyimiz suyun mənzillərimizə gəlib çatana qədər keçdiyi uzun və çətin yol barədə məlumat vermək, hər birimizi maarifləndirmək məqsədini daşıyır.
Layihə çərçivəsində Bakı şəhəri, eləcə də, Binəqədi rayonunun müxtəlif ərazilərində əhalinin sıx məskunlaşdığı ərazilərdə (yaşayış binalarının blikları, ictimai-iaşə obyektləri, dayanacaqlar və s.) maarifləndirmə məqsədi ilə bukletlər yapışdırılır. Bukletin üzrəində olan QR kodu oxutdurmaqla, əsas su mənbələrimiz haqqında məlumatlar əldə edə bilərsiniz.
Bir damcı öyrənək!