Şriftin ölçüsü :

Saytın rəngi :

"Bir damcı su evinizə necə gəlib çatır?" layihəsinə dəstək məqsədi ilə rayon sakinləri arasında su ehtiyatlarının səmərəli idarə edilməsi və su itkilərinin azaldılması ilə bağlı təbliğat işləri davam etdirilir

16 iyun 2023 | 13:35

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “İDEA” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Bir damcı dəstək" adlı layihə istifadə etdiyimiz suyun mənzillərimizə gəlib çatana qədər keçdiyi uzun və çətin yol barədə məlumat vermək, hər birimizi maarifləndirmək məqsədini daşıyır.

Layihə əsasında mütəmadi həyata keçirilən təbliğat-təşviqat kompaniyası çərçivəsində müxtəlif vaxtlarda Binəqədi rayonunun qəsəbələrində, əhalinin sıx məskunlaşdığı müxtəlif ərazilərdə (yaşayış binalarının blikları, ictimai-iaşə obyektləri, dayanacaqlar və s.) maarifləndirmə məqsədi ilə təbliğat lövhləri - bukletlər yaşayış və qeyri-yaşayış obyetlərinə yapışdırılır. Bukletin üzərində olan QR kodu oxutdurmaqla, əsas su mənbələrimiz haqqında məlumatların əldə edilməsi imkanı yaradılmışdır.

Keçidlər