Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda təmir işlərinə start verilib.

30 avqust 2022 | 19:36

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır. 

Bu istiqamətdə rayonun M. Ə. Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda təmir işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3.21 km olan yolda aparılan işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir.

Hazırda ərazidə yeni səki daşlarının düzülməsi üçün hazırlıq işləri aparılır. 

Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu və yeni asfalt örtüyünün döşənməsi işləri görüləcək. 

 Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.

Keçidlər