Xocəsən qəsəbəsi, Aprel Zəfəri və Xətai küçələrində asfalt örtüyünün çəkilməsi işləri tamamlandı
02 oktyabr 2026 | 20:33
Binəqədi rayonunda mərhələli şəkildə abadlıq-quruculuq işləri davam etdirilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsində 1009 kvadrat metr sahədə və Xətai küçəsində 3800 kvadrat metr sahədə asfalt örtüyünün çəkilməsi işləri tamamlanmışdır.
Abadlıq-quruculuq işləri çərçivəsində rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri mərhələli şəkildə davam etdiriləcəkdir.









