Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ildə daxil olan müraciətlər

Sakinlərin Müraciət Xidmətinə  2013-cü il ərzində daxil olan müraciətlər

2013-cü il ərzində vətəndaşlar tərəfindən Sakinlərin Müraciət Xidmətinə 18937 müraciət daxil olub. Bu müraciətlərin 14986-sı birbaşa cavablandırılıb, 58 müraciət üzrə sual vərəqəsi tərtib edilib, 3951 müraciət üzrə şikayət vərəqəsi qeydiyyata alınıb. Bundan əlavə xidmət səviyyəsi 97,2 %, icraçılıq səviyyəsi 96,9 % təşkil edib.
Şikayət xarakterli 3951 müraciətin 3828 və ya 96,9 %-nin icrası təmin edilib, o cümlədən 3169 və ya 82,8%-i tam həll olunub, 42 və ya 1,1 %-i qismən həll edilib, 617 şikayət və ya 16,1 %-nə müvafiq izahat verilib.
Sakinlərin Müraciət Xidmətinə daxil olmuş birbaşa cavablandırılmış müraciətlərin ümumi təhlili göstərir ki, onların əksəriyyəti məlumatlandırma və maarifləndirici xarakter daşıyıb.
Vətəndaşların şikayət xarakterli müraciətlərinin təhlilinə gəldikdə isə onların 1136-sı və ya 28,7 %-i su-kanalizasiya, 802-i və ya 20,8%-i qaz təchizatı, 491-i  və ya 12,4 %-i istilik təchizatı,  320-si və ya 8,2 %-i lift problemləri, 234-ü və ya 5,9 %-i elektrik təchizatı, 202-si və ya 5,2 %-i yolların yararsız olması, 177-i  və ya 4,4 %-i zibil və tullantılar ilə əlaqədar, 589-u və ya 14,9 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.

Keçidlər