Şriftin ölçüsü :

Saytın rəngi :

KIV

“Binəqədi” qəzeti

Binəqədi Rayon İcra Hakimiyyətinin mətbu nəşri olan “Binəqədi” qəzetinin yaradılması məqsədilə 2013-cü ilin yanvar ayında redaksiya heyətinin formalaşdırılması  üçün ilk növbədə, onun Nizamnaməsi qəbul edilmiş və Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov tərəfindən təsdiq olunaraq fəaliyyətə başlaması üçün müvafiq sərəncam verilmişdir. Həmin Sərəncama uyğun olaraq qısa müddət ərzində yaradıcı kollektiv formalaşdırılmış, rayon rəhbərliyinin müvafiq tapşırıqları və tövsiyələri nəzərə alınmaqla, qəzetin nəşri sahəsində mühüm işlər həyata keçirilmişdir. Nəticədə, “Binəqədi” qəzeti, təsis ediləndən 12 il sonra, 2013-cü ilin yanvar ayından 2000 tirajla  nəşrini bərpa etməyə nail olmuşdur.
Hazırda  “Binəqədi”  qəzetində  baş redaktor, məsul katib, texniki redaktor, dizayner, mühasib, dörd nəfər müxbir və operator olmaqla ştat cədvəli üzrə 11 işçi fəaliyyət göstərir.
Qısa müdət ərzində nəşrini bərpa edən, 2-13-cü ilin yanvar ayından ilk nömrəsi nəşr  edilən “Binəqədi” qəzeti ayda iki dəfə çapdan çıxır. Redaksiyanın formalaşması, ilk nömrənin işıq üzü görməsi və stabil fəaliyyətə keçilməsi üzrə təşəbbüslərin Rayon İcra Hakimiyyətinin  başçısı tərəfindən dəstəklənməsi, icra hakimiyyəti tərəfindən qəzetə, ümumiyyətlə jurnalist əməyinə ehtiramla yanaşılması,  qarşıya çıxan problemlərin operativ şəkildə həll olunması “Binəqədi” qəzetinin yaşaması üçün əsas amillərdən biri olmuşdur.
Keçən bu dövr ərzində “Binəqədi”nin 30 nömrəsi işıq üzü görmüşdür. Bütün bu uğurlara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nail olıunmuşdur. Hazırda “Binəqədi” qəzeti rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə əhalinin məlumatlandırılması istiqamətində özünəməxsus rol oynayır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət, xüsusilə respublikamızda sosial xarakterli möhtəşəm layihələrin həyata keçirilməsi, bu istiqamətdə Rayon İcra Hakimiyyətinin Binəqədidə başladığı abadlıq və yenidənqurma işləri, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir. Sosial strategiyadan irəli gələn vəzifələr ruhunda öz işini qurmağa çalışan qəzetin kollektivi yeni idarəetmə sisteminə uyğun olaraq sosial-iqtisadi problemlərin həllinə öz töhfəsini verməyə, rayonda yaşayan insanlarla icra strukturları arasında bir növ körpü rolunu oynamağa səy göstərir.
Qəzetin “Tanınmışlar”, “Abad məhəllə” “Həftənin panoramı” “Səyyar görüşlər” və s. bu kimi rubrikaları artıq oxucular arasında müəyyən populyarlıq qazanmış, “sakin-məmur” münasibətlərinin inkişafına öz töhfəsini vermişdir. Rayonda geniş vüsət alan və demək olar ki, hamı tərəfindən rəğbətlə qarşılanan quruculuq prosesi haqda  rayon ərazisində yaşayan, yaxud hansısa əlaqəsi olan görkəmli, əhali arasında tanınan və hörmət edilən şəxslərin baş verənlərlə bağlı fikir və arzuları, həmçinin Binəqədi rayonsakinlərinin üzləşdikləri problemlər, onların həlli vacib olan sosial qayğıları qəzetdə öz əksini tapır.
“Binəqədi” qəzetinin kollektivi gördüyü işin  səmərəliliyini artırmaq, rayonda aparılan işlərin təbliğatını daha da gücləndirmək üçün bir sıra fundamental layihələr həyata keçirməyi planlaşdırır. Qəzet həmçinin, gələcəkdə rəsmi internet saytını yaratmağı nəzərdə tutur. Bu yolla qəzet, ölkənin kütləvi imformasiya vasitələrində Binəqədi rayonu haqqında məlumatların dəqiq və operativ şəkildə yayılmasını təmin etməyə, rayonun sosial- ictimai həyatı ilə bağlı müntəzəm qaydada informasiyalar və araşdırma materialları hazırlayıb yaymağa çalışacaqdır
Qəzetin Azərbaycan Mətbuat Şurasına üzv olması üçün sənədlər artıq hazırlanaraq quruma təqdim olunmuşdur. Gələcəkdə bir sıra təşkilatlarla, QHT-lərlə birgə işgüzar layihələr, tədbirlər keçirilməsi planlaşdırlır. Qəzetin təşəbbüsü ilə yeni təsis edilmiş “Binəqədinin dostları” Mətbuat Klubu da öz fəliyyətini bu istiqamətdə qurmağı nəzərdə tutur.

Keçidlər