Şriftin ölçüsü :

Saytın rəngi :

Ən çox verilən suallar

 
Mənzilin sosial kirayə müqaviləsinin addan-ada keçirilməsilməsi üçün hansı sənədlər tələb olunur?
1) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə;
2) Yaşayış yerindən 2 saylı forma arayışı;
3) Mənzilin şəxsi-hesab vərəqəsi;
4) Orderin notarial qaydada təsdiqlənmiş surəti;
5)  Mənzildə pasport qeydiyyatında olan 18 yaşdan yuxarı olan şəxslərin şəxsiyyət vəsiqələrinin, 18 yaşdan aşağı olan şəxslərin doğum haqqında şəhadətnamələrinin surətləri;
6) Orderdə adları qeyd olunan və pasport qeydiyyatından çıxan şəxslər barədə arayış və ya ölüm haqqında şəhadətnamənin surətləri;
7) Ünvanda 18 yaşdan yuxarı pasport qeydiyyatında olan şəxslərin sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri.
 
Mənzil növbəsinə alınmaq üçün hansı sənədlər tələb olunur? 
1) Rayon İcra Hakimiyyəti başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə;  
2)  Yaşayış yerindən 2 saylı forma arayışı;
3) Mənzil növbəsinə dayanan və ailə tərkibində olan şəxslərin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiqlənmiş surətləri;
4) Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri üzrə İdarəsindən 18 yaşından yuxarı olan ailə üzvlərinin adına şəxsi mülkiyyətin olub-olmaması barədə arayışlar;
5) Rayon üzrə fəaliyyət göstərən bələdiyyələrdən (Rəsulzadə, Binəqədi, Biləcəri, Xocasən və Binəqədi rayon bələdiyyəsi) mənzil növbəsinə dayanmaq istəyən şəxsin və ailə üzvlərinin adına torpağın ayrılıb-ayrılmaması barədə arayışlar;
6)  Pasport qeydiyyatında olduğu mənzilin sənədinin notarial qaydada təsdiqlənmiş surəti;
7) Mənzil növbəsinə dayanmaq istəyən şəxsin 18 yaşından yuxarı olan ailə üzvlərinin mənzil növbəsinə dayanmaları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri;
8) Hər hansı bir güzəşt varsa bu barədə müvafiq arayış.  
 
Fəaliyyət qabiliyyəti olmayan şəxs üzərində qəyyum təyin olunmaq üçün hansı sənədlər tələb olunur?
1) Rayon İcra Hakimiyyəti başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə;
2) Üzərində qəyyum təyin olunmalı şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmənin qətnaməsi;
3) Üzərində qəyyum təyin olunmalı şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
4) Üzərində qəyyum təyin olunmalı şəxsin yaşayış yeri barədə arayış;
5) Qəyyumun şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
6) Qəyyumun yaşayış yeri barədə arayışı və tərcümeyi-halı;
7) Qəyyumun təyin olunması barədə üzərində qəyyum təyin olunmalı şəxsin  digər ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri.
 
Uşağın uşaq evi və ya internat məktəbinə yerləşdirilməsi üçün hansı sənədlər tələb olunur? 
1. Hər iki valideyn tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə;
2.  Sağlamlıq haqqında arayış və ağ ciyərin rentgen olunması barədə arayış;
3. Doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq edilmiş surəti);
4. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (tək analara forma 4);
5. Valideynlərin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri;
6.  Yaşayış yerindən arayış;
7. Təhsil müəssisəsinin arayışı;
8. 10 yaşından yuxarı uşağın razılıq ərizəsi.
 
Qəyyum və ya himayəçi təyin edilmək üçün hansı sənədlər tələb olunur?
1) Rayon İcra Hakimiyyəti başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə;
2) Qəyyumun və ya himayəçinin tərcümeyi-halı;
3) İş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə;
4) Yaşayış yerindən 2 saylı forma arayış;
5) Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s.-nin notarial qaydada təsdiq edilmiş surətləri);
6) Qəyyumluğa və ya himayəçiliyə götürülənin yaxın qohumlarının notarial qaydada təsdiq edilmiş razılıq əraziləri;
7) Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
8) Qəyyumluğa və ya himayəçiliyə götürənin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
9) Qəyyumluğa və ya himayəçiliyə götürənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
10) Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın təhsil alması barədə arayış;
11) 10 yaşından yuxarı uşağın razılıq ərizəsi;
12) Qəyyum və ya himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar.
 
Adın və ya soyadın dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur? 
1) Hər iki valideyn tərəfindən Rayon İcra Hakimiyyətinin başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə;
2) Uşağın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
3) Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
4) Valideynlərin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surəti;
5) Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə);
6) Təhsil müəssisəsinin arayışı;
8) 10 yaşından yuxarı uşağın razılıq ərizəsi.
 
Üç yaşadək uşaq övladlığa götürmək istəyən şəxs qismində uçota alınmaq üçün hansı sənədlər tələb olunur?
1) Rayon İcra Hakimiyyətinin başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə (ər-arvad);
2) Tərcümeyi-hal;
3) İş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə;
4) Yaşayış yerindən 2 saylı forma arayışı;
5) Yaşayış ünvanında qeydiyyatda olan 18 yaşından yuxarı şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri; 
6) Vətəndaşların evdə uşaqları olduqda onların doğum haqqında şəhadətnamələrinin  notarial qaydada təsdiq edilmiş surətləri; 
7) Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri; 
8) Sağlamlıq haqqında arayış;
9) Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti; 
10) Övladlığa uşaq götürmək istəyən şəxs qismində uçota alınmaq istəyənlərin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri zöhrəvi dispanserlərindən arayışlar.
 
Üç yaşdan on səkkiz yaşadək uşaq övladlığa götürmək istəyən şəxs qismində uçota alınmaq üçün hansı sənədlər tələb olunur?
1) Rayon İcra Hakimiyyəti başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə (ər-arvad);
2) Tərcümeyi-hal;
3) İş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə;
4) Yaşayış yerindən 2 saylı forma arayışı;
5) Yaşayış ünvanında qeydiyyatda olan 18 yaşından yuxarı şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
6) Vətəndaşların evdə uşaqları olduqda onların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri;
7) Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri;
8) Sağlamlıq haqqında arayış;
9) Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
10) Övladlığa uşaq götürmək istəyən şəxs qismində uçota alınmaq istəyənlərin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar.
 
Nikah yaşının azaldılması üçün hansı sənədlər tələb olunur?
1) Hər iki valideyn tərəfindən Rayon İcra Hakimiyyəti başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə;
2) Yaşayış yerindən arayış (valideynlərin və nikaha daxil olanların);
3) Nikaha daxil olanların ərizələri;
4) Nikaha daxil olanların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri;
5) Nikaha daxil olanın valideynlərinin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri;
6) Nikaha daxil olanın valideynlərinin nikah haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri;
7) Nikaha daxil olanların sağlamlıq haqqında arayışları.
 
Yetkinlik yaşına çatmayanların mülkiyyət hüquqlarının olduğu əmlakın özgəninkiləşdirilməsi üçün hansı sənədlər tələb olunur?
1) Hər iki valideyn tərəfindən  Rayon İcra Hakimiyyətinin başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə;
2) Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s.-nin  notarial qaydada təsdiq edilmiş surəti)
3) Yetkinlik yaşına çatmayanın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
4) Valideynlərin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri;
5) Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
6) Yaşayış yerindən arayış;
7) Satılan əmlakın sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti; 
8) 10 yaşından yuxarı uşağın razılıq ərizəsi.
 
Obyekt tikintisinə icazə üçün hansı sənədlər tələb olunur?
1) Rayon İcra Hakimiyyəti başçısının adına ərizə;
2) Vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti;
3) Torpaq sahəsinin mülkiyyətdə (istifadədə və ya icarədə) olması barədə sənədin (çıxarış, torpaq sahəsinin plan və ölçüsü və ya şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
4) Fiziki və ya hüquqi şəxslər tərəfindən xüsusi razılıq (lisenziya) əsasında tərtib edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış eskiz layihəsi.
 
Yararsız tikilinin sökülərək yerində yenisinin tikintisinə icazə almaq üçün hansı sənədlər tələb olunur? 
1) Rayon İcra Hakimiyyəti başçısının adına ərizə;                 
2) Vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti;
3) Tikilinin mülkiyyətdə olmasına dair sənədin (çıxarış, şəhadətnamə və ya qeydiyyat vəsiqəsi) notarial qaydada təsdiq edilmiş surəti;
4) Bakı Şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş texniki pasport;
5) Tikilinin istismara yararsız olmasına dair Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş akt;
6) Tikintisi nəzərdə tutulmuş evin eskiz layihəsi (3 nüsxə).
 
İstifadədə olan torpaq sahəsində tikintiyə icazə almaq üçün hansı sənədlər tələb olunur?
1) Rayon İcra Hakimiyyəti başçısının adına ərizə;
2) Vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti;
3) Torpaq sahəsinin istifadədə və ya mülkiyyətdə olmasına dair sənədin (Torpaq sahəsinin plan və ölçüsü, çıxarış və ya şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
4) Bağ, fərdi yaşayış evinin fiziki və ya hüquqi şəxslər tərəfindən işlənilmiş  3 (üç) nüsxədən ibarət memarlıq-planlaşdırılma həlli layihəsi.
 
Sökülərək yenidən inşa edilmiş fərdi yaşayış evinin mövcud vəziyyətdə rəsmiləşdirilməsi üçün hansı sənədlər tələb olunur?
1) Rayon İcra Hakimiyyəti başçısının adına ərizə;
2) Vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti;
3) Bakı Şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsindən verilmiş texniki pasport;
4) Həmin tikiliyə dair Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq sərəncam və təsdiq edilmiş layihə;
5) Mülkiyyətində olan torpaq sahəsinin sənədi (çıxarış, sənəd).
 
İnşa edilmiş tikilinin ilkin hüquqi qeydiyyata alınması üçün hansı sənədlər tələb olunur? 
1) Rayon İcra Hakimiyyəti başçısının adına ərizə;                                      
2) Vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti;
3) Torpaq sahəsinin istifadədə və ya mülkiyyətdə olmasına dair sənədin (torpaq sahəsinin plan və ölçüsü, çıxarış və ya şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
4) Bağ, fərdi yaşayış evinin fiziki və ya hüquqi şəxslər tərəfindən işlənilmiş 3 (üç) nüsxədən ibarət memarlıq-planlaşdırılma həlli layihəsi;
5) Həmin tikiliyə dair Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq sərəncam və təsdiq edilmiş layihə.
 
Tikintisi başa çatmış obyektin ilkin hüquqi qeydiyyata alınması üçün hansı sənədlər tələb olunur? 
1) Rayon İcra Hakimiyyəti başçısının adına ərizə;
2) Vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti;
3) Torpaq sahəsinin mülkiyyətdə (istifadədə və ya icarədə) olması barədə sənədin (çıxarış, torpaq sahəsinin plan və ölçüsü və ya şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
4) Qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi barədə sərəncamın notarial qaydada təsdiq edilmiş surəti;
5) Fiziki və ya hüquqi şəxslər tərəfindən xüsusi razılıq (lisenziya) əsasında tərtib edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış eskiz layihəsi.
Keçidlər