Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynov Həbibulla Eynulla oğlu - Sovet İttifaqı Qəhrəmanı

Sovet İttifaqı Qəhrəmanı Hüseynov Həbibulla Eynulla oğlu 1910-cu ildə anadan olmuş, Tiflis hərbi məktəbini bitirmişdir. Müharibənin ilk günlərindən komandir divizion vəzifəsində düşmənlə qərb istiqamətində vuruşmuş, 1943-cü ildə polkovnik Həbibulla Hüseynov komandir təyin edilmiş, Pribaltikanın və Şərqi Prussiyanın azad edilməsində 1-ci Pribaltika cəbhəsinin tərkibində vuruşmuşdur. 6 aprel 1945-ci ildə 35 yaşlı qvardiya polkovniki Həbibulla Hüseynov qəhrəmancasına həlak olmuş, 29 iyun 1945-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Hüseynov Həbibulla Eynulla oğlu ölümündən sonra Sovet ittifaqı qəhrəmanı adına layiq görülmüşdür.
1995-ci ildə Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun xatirəsinə abidə kompleksi ucaldılmışdır.

Keçidlər