Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Rayon İcra Hakimiyyəti yanında yaradılan Apelyasiya Şurasının və katibliyin üzvləri ilə görüşü keçirildi
19 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Rayon İcra Hakimiyyəti yanında yaradılan Apelyasiya Şurasının və katibliyin üzvləri ilə görüşü keçirildi.
Keçirilən görüşdə Apelyasiya Şurasının üzvlərinə fəaliyyətlərinin Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnaməsinə uyğun olaraq qurulması ilə bağlı tapşırıqlar verildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Rayon İcra Hakimiyyəti yanında Apelyasiya Şurasının üzvləri və katibliyin tərkibinin təsdiq edilməsi ilə bağlı 8 fevral 2016-cı il tarixli 23 saylı sərəncam imzalanmışdır.
Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.