Şriftin ölçüsü :

Saytın rəngi :

“Turizm foto müsabiqəsi” layihəsinin yekunu ilə bağlı iştirakçılar mükafatlandırıldı

09 mart 2016 | 11:00

Binəqədi rayon gənci, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyat fakültəsinin tələbəsi Rübabə Eyvazovanın 5 saylı Bakı "ASAN xidmət" mərkəzində “Turizm foto müsabiqəsi” layihəsinin yekunu ilə bağlı tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, ASAN Könüllüləri Təşkilatının üzvləri, gənclər iştirak etdilər
Tədbirin sonunda birinci, ikinci və üçüncü yerləri tutan iştirakçılara diplomlar, fərqlənənlərə isə serifikatlar təqdim olundu.

Keçidlər