Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının fəaliyyətinə həsr edilmiş ümumrayon seminar-müşavirəsi keçirildi

10 mart 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının 04.03.2016-cı il tarixli ümumrespublika seminar-müşavirəsinin tələblərinə uyğun olaraq, 10 mart  2016-cı il tarixində  Binəqədi Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının fəaliyyətinə həsr edilmiş ümumrayon seminar-müşavirəsi keçirildi.
Seminar-müşavirədə Apelyasiya Şurasının sədri, Apellyasiya Şurasının üzvləri, Apelyasiya Şurasının Katibliyinin rəhbəri və üzvləri, Hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli özünüidarəetmə orqanları, xidmət təşkilatları, Binəqədi rayon Sahibkarlar Birliyi, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar və rayon ictimaiyyəti geniş tərkibdə iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının sədri – Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov müşavirəni açaraq, Apelyasiya Şuralarının yaradılmasının məqsədi, Apelyasiya Şuralarının hüquq və vəzifələri  barədə çıxış etdi. 
Daha sonra Apelyasiya Şurasının Katibliyinin rəhbəri – RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov Apelyasiya Şurası Katibliyinin fəaliyyəti, şikayətlərə dair tələblər, Şuranın iclaslarının keçirilməsi qaydası, iclas protokolları və qərarlara dair tələblər,  Apelyasiya Şurasının üzvü – RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov isə İnzibati icraat üzrə şikayətlərə baxılması qaydası barədə  çıxış etdilər.
Sahibkarlardan “Bakı Tekstil Fabriki”nin direktoru Səkinə Babayeva və “El kiçik” müəssisəsinin rəhbəri Tofiq Babayev çıxış edərək sahibkarlığın inkişafına və sahibkarlara yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Çıxışlardan sonra sahibkarlar tərəfindən onları maraqlandıran konkret məsələlər barədə suallar verildi və Şura üzvləri sualları cavablandırdılar.
Sonda Apelyasiya Şurasının sədri İlqar Süleymanov yekun nitq ilə çıxış etdi.

Keçidlər